Salam.Mən Ağayev Sərvət Tacı oğlu Göyçay rayon Qarayazı kənd tam orta məktəbində tarix müəllimi işləyirəm.Müsabiqə üçün hazırladığım dərs İbtidai icma quruluşunun ilk mərhələsi olan Daş dövrünün, Qədim daş dövrü mərhələsi(Paleolit)haqqındadı.İstər özümün şagird olduğum vaxtlarda ,istərsə də müəllim kimi fəaliyyət göstərdiyim dövrdə bu mövzunun şagirdlər tərəfindən çətin qavranıldığını müşahidə etmişəm.Daş dövrünün hansı mərhələləri var deyə soruşanda şagirdlərin çoxu alt,orta,üst paleolit deyə cavab verirlər.Halbuki bunlar Paleolitin mərhələləridir.Bütün bunları nəzərə alaraq,hazırladığım resursda ilk öncə ibtidai icma quruluşunun dövrlərini sxem şəklində təsvir etmişəm.Daha sonra isə Paleolit dövrü haqqında (qısa şəkildə) lazımi məlumatları və həmin məlumatların məzmununu açmağa kömək edən şəkilləri yerləşdirmişəm. Daha sonra isə şagirdlərə 3 qrupda(hər qrupda 2 tapşırıq) tapşırıqlar hazırlamışam.bütün tapşırıqlar elektron formada hazırlanıb.İstifadə qaydası çox sadədir.Test tapşırıqlarını həll edərkən düzgün hesab etdiyiniz cavabın üzərində sol düyməni sıxmaqla cavabınızın səhv və ya düz olmasını öyrənə bilərsiz.Digər tapşırıqlarda isə göstərilən sahədə yazmaqla tapşırığı həll etmək və düzgün cavabın köməyilə özünüzü yoxlaya bilərsiz.Əlimnən gəldiyi qədər çalışmışam ki,hazırladığım resurs sadə və rahat istifadə olunsun.İstifadə edənləri yormasın.Buna nə qədər nail ola bilmişəm onu sizlər resursdan istifadə etdikdən sonra qərar verərsiz.Sonda müsabiqəyə qatılan hər kəsə uğurlar arzu edirəm.